Erməni kəşfiyyatı Tərtər istiqamətində HÜCUM PLANLAŞDIRIR
Görülmüş tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Tərtər rayonu istiqamətində yerləşən bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsini planlaşdırdıqları barədə dəqiq məlumat əldə edilib.
Görülən effektiv və önləyici tədbirlər nəticəsində düşmənin bu planı vaxtında aşkar olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.Az-a verilən məlumata görə, bütün cəbhə boyu əməliyyat şəraiti və ümumilikdə vəziyyət daim nəzarət altındadır. Eyni zamanda nazirlik xəbərdar edir ki, düşmənin gələcəkdə də bu cür fəaliyyətinin qarşısı daha sərt şəkildə alınacaq. Görüləcək cavab tədbirləri amansız olacaq və qarşı tərəfin verəcəyi böyük itkilərə görə bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşəcək.