Logo

İsmayıllıda qəza: Ölən və yaralanan var

İsmayıllıda qəza: Ölən və yaralanan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsmayıllıda iki minik avtomobili toqquşub.

Sfera.az xəbər verir ki, hadisə rayonun Uştal kəndinin ərazisində qeydə alınıb.

1982-ci il təvəllüdlü Mahmudov İsmayıl Rafiq oğlunun idarə etdiyi "Ford" markalı avtomobillə 1969-cu il təvəllüdlü Nağıyev Elxan Hüseyn oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ-2106" markalı avtomobildə sərnişin qismində olan Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb.

Sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər - Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR