Toydan əvvəl gərdək gecəsini yaşayan qız ərini ataraq ata evinə qayıtdı - Azərbaycanda ŞOK

Toydan əvvəl gərdək gecəsini yaşayan qız ərini ataraq ata evinə qayıtdı - Azərbaycanda ŞOK
Azərbaycanın şimal-qərb bölgəsindəki rayonlardan birində film kimi hadisə baş verib.GoldNews.Az xəbər verir ki, fiziki qüsurlu Abbas Məmmədov məclislərin birində Gülnarə Süleymanovanı görüb və ondan xoşu gəlib. Daha sonra evə qayıdan şəxs bu barədə valideynlərinə məlumat verib. Gəncin təkidi üzərinə atası Taleh Məmmədov (hər 3 ad və soyad şərtidir) qızın ailəsinə elçi gedib.

Qızın atası uzun müddət davam edən danışıqlardan sonra Abbasın atasına bir həftə sonra dəqiq cavab almaq üçün yenidən gəlməsini deyib. Oğlanın atası qızgilin evindən çıxıb öz evlərinə qayıdarkən Gülnarə Taleh Məmmədova yaxınlaşaraq Abbası sevdiyini və onu da özü ilə birlikdə aparmasını xahiş edib. Bundan sonra kişi Gülnarəni də özü ilə evlərinə gətirib.

Sevdiyi oğlanın evinə gələn qız valideynlərinə zəng vuraraq öz istəyi ilə qoşulub qaçdığını deyib.

Bundan sonra ailələr arasında narazılıq yaransa da, Gülnarə öz istəyi ilə qaçdığı üçün onun valideynləri polisə müraciət etməyiblər. Lakin ortada narazılıq olduğunu görən oğlan tərəfi gərdək gecəsinin toydan əvvəl baş verməsini qərara alıblar. Proses baş tutsa da, qızın ailəsi fikrindən daşınmayıb və qızlarını evlərinə aparmaq qərarından daşınmayıblar. Gülnarə ailə üzvləri onu geri qaytarmaq üçün ilk dəfə gəldiklərində onlara "yox” cavabı versə də, sonradan Abbası ataraq ata evinə qayıdıb.

Qeyd edək ki, cütlüyün yaxın günlərdə toyunun olması planlaşdırılırdı.

OXŞAR XƏBƏRLƏR