Tiktoker AZAL-ın təyyarəsinə qayçı ilə minib video çəkdi

Tiktoker AZAL-ın təyyarəsinə qayçı ilə minib video çəkdi
Kateqoriya məlum deyil
T

Sosial şəbəkələrdə yayılan bir video geniş müzakirələrə səbəb olub.

Sfera.az xəbər verir ki, görüntülərdə tiktokerlərdən birinin təyyarəyə qayçı keçirdiyini və həmin anları lentə alaraq paylaşdığını görmək mümkündür.

Paylaşım qısa zamanda izləyicilər arasında suallar doğurub. Xüsusilə, təhlükəsizlik yoxlaması zamanı kəsici alətin təyyarəyə necə keçirildiyi ilə bağlı müzakirələr aparılıb. İstifadəçilər aviasiya təhlükəsizliyi qaydalarının tətbiqi ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Qeyd edək ki, AZAL-ın qüvvədə olan qaydalarına əsasən, əl yükündə uzunluğu 6 santimetrdən artıq olan kəsici və deşici alətlərin daşınmasına icazə verilmir. Bu tip əşyalar təhlükəsizlik baxımından məhdudlaşdırılan əşyalar siyahısına daxildir.

Sözügedən görüntülər isə sosial şəbəkələrdə geniş rezonans doğuraraq müzakirə mövzusuna çevrilib.\\axsam.az


PAYLAŞ