Bakıda 9-cu sinif şagirdi qəfil vəfat etdi

Kateqoriya məlum deyil
T
Bakıda yerləşən liseylərdən birində təhsil alan 9-cu sinif şagirdi Cavad Quliyev vəfat edib.
Sfera.az xəbər verir ki, 15 yaşlı şagirdin qəfil ölümü təhsil müəssisəsinin kollektivini və onu tanıyan şəxsləri dərin kədərə boğub.
Qeyd edilib ki, Cavad Quliyev nümunəvi davranışı, mehribanlığı, səmimiyyəti və müəllimlərə, eləcə də sinif yoldaşlarına qarşı hörmətli münasibəti ilə seçilirdi. O, həmyaşıdları arasında da hörmət və rəğbət qazanmışdı.
Lisey rəhbərliyi tərəfindən mərhumun ailəsinə və yaxınlarına başsağlığı verilib.\\milli.az
