Bakı-Sumqayıt yolunda qəza

Bakı-Sumqayıt yolunda qəza
Kateqoriya məlum deyil
T

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az bildirir ki, modern.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:00 radələrində qeydə alınıb. Belə ki, 77 GP 074 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobillə motosiklet toqquşub.

Qəza nəticəsində motosikleti idarə edən 17 yaşlı qız xəsarət alıb. Həmin şəxsin aldığı xəsarətlərdən həyatını itirdiyi bildirilir.

Hadisə ilə bağlı məlumatı dəqiqləşdirmək üçün TƏBİB-ə sorğu ünvanlanıb.

PAYLAŞ