Logo

Binədə açıq ərazidə yanğın oldu

Binədə açıq ərazidə yanğın oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə 700 kv.m. sahədə qamışlıq və kol-kos yanıb.

Ətraf ərazilər və kommunikasiya xəttləri yanğından mühafizə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR