Paytaxtda oğurluq edən şəxslər saxlanıldı

Paytaxtda oğurluq edən şəxslər saxlanıldı
Kateqoriya məlum deyil
T

Paytaxtın müxtəlif ərazilərində qeydə alınan oğurluq hadisələrinin üstü polis əməkdaşları tərəfindən açılıb.

 

Sfera.az xəbər verir ki, Sabunçu rayonunda yerləşən obyektlərin birindən ümumi dəyəri 2300 manat olan 6 ədəd proyektor və noutbuk oğurlanıb. Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı F.İdrisov müəyyən edilərək saxlanılıb.

 

Digər əməliyyat zamanı isə Yasamal rayonunda 2000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən 35 yaşlı L.Məmmədova saxlanılıb.

 

Araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR