Ağır qəzada 3 yaşlı uşaq da yaralandı- FOTO

Ağır qəzada 3 yaşlı uşaq da yaralandı- FOTO
Kateqoriya məlum deyil
T

Ağcabədidə iki minik avtomobili toqquşub.

 

Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

 

İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Elvin Əliyevin idarə etdiyi “VAZ 21011” markalı avtomobil hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Cavid Əfqanlıya məxsus “VAZ 2106” ilə toqquşub.

 

Qəza nəticəsində hər iki sürücü, eləcə də “VAZ 2106” markalı avtomobildə olan 3 yaşlı uşaq ağır xəsarətlər alıb. Onlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır. \qafqazinfo

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR