Logo

Masazırda qaz verilişi DAYANDIRILDI: SƏBƏB

Masazırda qaz verilişi DAYANDIRILDI: SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Masazır qəsəbəsidə qazıntı işləri aparan texnika tərəfindən qaz xəttinin zədələnməsi səbəbilə ərazinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Sfera.az xəbər verir ki, Azəriqaz İstehsalat Birliyinin məlumatına görə, Abşeron rayonunun Masazır qəsəbəsində müvafiq qurum tərəfindən xüsusi texnika ilə aparılan qazıntı işləri zamanı qaz xəttinə zərər dəyib.

Bu səbəbdən 20.05.2026-cı il tarixində saat 15:35-dən etibarən təmir-bərpa işləri yekunlaşanadək Masazır qəsəbəsinin qaz təchizatında fasilə yaranıb.

Hazırda ərazidə qəzanın aradan qaldırılması və qaz təchizatının bərpası istiqamətində işlər aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR