Logo

Corat bağlarından meyit tapıldı

Corat bağlarından meyit tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

Sfera.az xəbər verir ki, şəhərin Corat bağları yaşayış massivində 40 yaşlı kişinin cansız bədəni aşkarlanıb.

Məlumata görə, meyiti tapılan şəxsin 1985-ci il təvəllüdlü Ağayev Niyaməddin Şirvanəli oğlu olduğu müəyyən edilib.

Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların nümayəndələri cəlb olunublar. Meyit ekspertiza üçün təhvil verilib.

Hadisənin başvermə səbəbləri araşdırılır./modern

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR