Logo

Gəncədə qızqaçırtma zamanı bıçaqlı dava: Xəsarət alanlar var -YENİLƏNDİ

Gəncədə qızqaçırtma zamanı bıçaqlı dava: Xəsarət alanlar var - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncə şəhərində kütləvi davanın və bir nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin bəzi təfərrüatı bilinib.

Sfera.az xəbər verir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü R.İsmayılova, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar.

2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb. İlkin ehtimala görə, insident qız qaçırmaq istəyərkən baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

***
19:26

Gəncədə bıçaqlanma faktı qeydə alınıb.

Sfera.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 2003-cü il təvəllüdlü İsbi Əhmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, hadisənin səbəbləri araşdırılır./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR