Gəncədə kuryer faciəli şəkildə həyatını itirdi
Kateqoriya məlum deyil
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü – kuryer hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./unikal






