Logo

Naxçıvanda ağır qəza: ölən və yaralananlar var

Naxçıvanda ağır qəza: ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Naxçıvanda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, qəza Naxçıvan-Şahbuz magistralında qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Əliyev Nurlan İslam oğlu ölüb, maşında olan 1996-cı il təvəllüdlü Abbasov Elvin İbrahim oğlu, 1998-ci il təvəllüdlü Abbasov Elçin Məmməd oğlu və 2001-ci il təvəllüdlü Məhərrəmov Vəli Əli oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan Elçin Abbasovun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR