Hüsaməddin Cindoruk vəfat etdi

Hüsaməddin Cindoruk vəfat etdi
Kateqoriya məlum deyil
T

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hüsaməddin Cindoruk vəfat edib.

 

Sfera.az xəbər verir ki, siyasətçi 93 yaşında müalicə aldığı xəstəxanada həyatını itirib.

 

Qeyd edilib ki, H. Cindoruk 1933-cü ildə İzmirdə anadan olub. Ankara Universitetinin Hüquq fakültəsini bitirib, hüquqşünas kimi fəaliyyət göstərib. O, siyasi karyerasına Demokrat Partiyasının ənənəsi ilə başlayıb. 1960-cı il çevrilişindən sonra bağlanan Demokrat Partiyasının davamçıları olan partiyalarda fəal rol oynayıb. O, Doğru Yol Partiyasının (DYP) qurucularından olub və uzun illər onun sədri olub.

 

1991-ci il seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri (1991-1995) olub. Süleyman Dəmirəl prezident seçildikdən sonra bir müddət DYP sədri vəzifəsini də icra etdi. Türkiyə siyasətində sağ mərkəzçilərin önəmli simalarından biri kimi tanınan Cindoruk eyni zamanda prezident səlahiyyətlərini icra edirdi.

PAYLAŞ