Ermənilərin hədəfi: Gəncə və Mingəçevir

Ermənilərin hədəfi: Gəncə və Mingəçevir

Erməni general Yuri Xaçaturovun KTMT baş katibi seçilməsindən sonra Ermənistan hərbçiləri yeni müharibə bəyanatları verməyə başlayıblar.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, 2016-cı ilin aprel döyüşlərində  geri çəkilmədən danışan general-mayor Arkadi Ter-Tadevosyan (Komandos) "Lragir"ə verdiyi müsahibəsində Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini "İskəndər" raketləri ilə vura biləcəklərini iddia edib.

Curnalist Siranuş Papyan Azərbaycanın "İskəndər" raketləri və ya bu tipli silah alıb-ala bilməməsi ilə bağlı sual verib: "Yoxsa biz öz "İskəndər"lərimizlə daha irəlidəyik və Azərbaycana sarsıdıcı zərbələr vura bilərik".

"İskəndər" raketlərinin lazımi effekt alınması üçün istifadə edilə biləcəyini bildirən Arkadi Ter-Tadevosyanın cavabı isə ikibaşlı  olub: "Əgər onlar Ermənistanı hədəfə alsalar, onda yalnız insanlar qurban gedəcəklər. Amma Kirovabadda (Gəncə - red.) böyük zavodlar, Mingəçevirdə su anbarı var, bu, Azərbaycanı iflic edə bilər".

Təbii ki, erməni general Azərbaycanın çoxlu insan itkilərindən qorxaraq Ermənistanı raket atmaycağını düşünür. Bu fikri erməni hərbçilərinin çoxu irəli sürür və Azərbaycanı Dağlıq Qarabağı tanımağa məcbur etmək üçün Mingəçevirdə su anbarı kimi strateji nöqtələri vurmağı təklif edirlər. Guya ondan sonra Azərbaycan qorxuya düşəcək və Ermənistanla təslimçi sülh imzalayacaq.  

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov istipress-ə müsahibəsində bunu Arkadi Ter-Tadevosyanın növbəti blefi kimi dəyərləndirib:  "Özünə Komandos ləqəbi uydurmuş Arkadi  Ter-Tadevosyan 10 ildir ki, Azərbaycanı vurur. Sadəcə, işsiz qalıb, görür ona fikir verən yoxdur, gah Mingəçeviri, gah da BTC-ni vurmağı təklif edir. Sonra onu yerinə oturdurlar ki, bir az çox giclədin".

Üzeyir Cəfərovun sözlərinə görə, Mingəçeviri və Gəncəni vurmağa risk etmək Ermənistan üçün intihar addımı ola bilər: "Bircə risk edib düyməni bassınlar. Azərbaycanın Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu bütün Ermənistanı yerlə yeksan etməyə qadirdir. Əgər Ermənistan belə bir addım atarsa, Azərbaycan heç nəyə baxmayacaq və Ermənistanı yerlə yeksan edəcək. Atalar demişkən, ölmək-ölməkdir, xırıldamaq nə deməkdir". 


OXŞAR XƏBƏRLƏR

Demi Mur arxiv videosu səbəbindən qalmaqala düşüb

62 yaşlı amerikalı aktrisa Demi Mur karyerasının 45 ilində ilk Qızıl Qlobusunu alan kimi onun qələbə sevinci 1982-ci ildən arxiv videosunu dərc edən onlayn dete...

Rihanna açıq-saçıq alt paltarı ilə bədənini nümayiş etdirdi - FOTOLAR

36 yaşlı müğənni və iş qadını Rihanna alt paltarı markası “Savage X Fenty”nin Sevgililər Günü üçün yeni kolleksiyasının reklam kampaniyasında rol al...

Pilotun ərköyün övladına görə 75 nəfərin həyatına son qoyan təyyarə qəzası - FOTOLAR

Sərnişin təyyarəsinin idarə edilməsini uşağa həvalə etməyi təsəvvür edə bilərsinizmi? Üstəlik, bu “oyun” 75 nəfərin həyatına son qoyacaq faciəyə çev...

Futbol tarixinin ən böyük saxtakarlığı: Ayağına top dəyməyənfutbolçu

Futbol tarixi maraqlı hekayələr və intriqalarla doludur. Ancaq tarix yazan futbolçu var və onu yaşıl meydanlarda görən hər kəs qarşısında diz çöküb tövbə edir. ...

Qadın polisi qətlə yetirən şəxsin cəzası bilindi

Türkiyənin İstanbulun şəhərində polis əməkdaşı Şeyda Yılmazı öldürməkdə təqsirli bilinən Yunus Emre adlı şəxs ömürlük azadlıqdan məhrum olunub.   Sfe...

Dünyanın ən tıxaclı şəhəri bəlli olub

İstanbul dünyanın ən sıx tıxaclı şəhərləri sıralamasında birinci olub. Sfera.az bildirir ki, Inrix-in təhlilinə görə, şəhər sakini tıxaclara görə ildə 105 sa...