Logo

Bakıda şagirdlərin nədən zəhərləndiyi bəlli oldu - SİYAHI

Bakıda şagirdlərin nədən zəhərləndiyi bəlli oldu - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Sabunçu rayonundakı 22 saylı orta məktəbdə zəhərlənən 9 şagirdin vəziyyəti sabitləşib. Sfera.az bildirir ki, bu barədə Trend-ə 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildiriblər ki,şagirdlər həkimlər tərəfindən təkrar müayinə ediləndən sonra bu gün xəstəxanadan evə buraxılıblar.

Xatırladaq ki, hadisə martın 14-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, 22 saylı orta məktəbdə baş verib. İlkin məlumata görə, zəhərlənmənin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.

Zəhərlənən məktəblilər dərhal 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdiriliblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR