Oğlunun qatilinə ərə getdi, məhkəmədə görün nələr dedi - FOTOLAR
Hadisə
23:38 / 13.04.2017
9640
Bu barədə heç nə demək istəmirəm. Sualları da cavablamayacağam.
23 yaşlı Lora Brayt jurnalistlərin arasından keçərək avtomobilinə oturub və maşını işə salıb.
O, oğlunun qatilinə ərə gedib, həmin şəxsin azadlıqdan məhrum edilməsinə rəğmən, ondan ayrılmayıb.
Milli.Az The guardian-a istinadən bildirir ki, Britaniyanın Kardiff şəhərindəki Kral Məhkəməsində Din Kollinzin prosesi başa çatıb. O, narkotik vasitə qəbul edəndən sonra avtomobil idarə etməkdə və 6 yaşlı uşağın ölümünə səbəb olmaqda suçlanaraq 6 il müddətinə azadlıqdan məhrum olunub.
6 yaşlı oğlu Cozef Smitin anası Lora Brayt isə oğlunun ölümünə səbəb olmuş şəxsi bağışlayıb və ona ərə gedib. Nikahdan sonra Kollinzlə Brayt şəhər qəbiristanlığına yollanaraq orada balaca Cozefin məzarı başında duraraq foto da çəkdiriblər.
6 yaşlı Cozef futbol dərsinə yollananda həlak olub. Qəza Kardiffin Llandaff səmtindəki Vestern Avenyu küçəsində baş verib.
Kokain qəbul edəndən sonra Ford Focus-un sükanı arxasına oturmuş Din Kollinz idarəetmənin öhdəsindən gələ bilməyib.
Maşın qarşı hərəkət zolağına çıxıb, 4 avtomobillə toqquşub.
Avtomobildə D.Kolinzdən və balaca Cozefdən savayı, Lora Braytın anası Mişel Holms, habelə Cozefin iki yaşlı bacısı da vardı. Onlar yaralanmışdılar.
Maşındakı uşaqlar xüsusi oturacaqda əyləşmədikləri üçün toqquşma zamanı Cozef arxa oturacaqdan irəli düşüb və aldığı yaralardan hadisə yerində həlak olub.
Sent-Mellon şəhərinin sakini C.Kollinz azadlığıa çıxandan sonra 8 il avtomobil sürə bilməyəcək. Məhkəmənin qərarı belədir.