Tonqalda baş verən partlayış zamanı xəsarət alanların son durumu açıqlandı

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.
Sfera.az xəbər verir ki, dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır qiymətləndirilir.
Qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti isə stabil qiymətləndirilir.
Qeyd edək ki, bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
10:37
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, xəsarət alanlar Sumqayıt şəhər sakinləridir.
Xəsarət alanlar 2004-2018-ci il təvəllüdlü şəxslərdir:
2004-cü il təvəllüdlü Məmmədzadə Fatimə Telman qızı,
2006-cı il təvəllüdlü İsgəndərli Fatimə Camal qızı,
2015-ci il təvəllüdlü Bayramlı Nailə Saleh qızı,
2018-ci il təvəllüdlü Qasımov Aylin Rahid qızı,
2015-ci il təvəllüdlü Hüseynzadə İsa Taleh oğlu,
2014-cü il təvəllüdlü Təhməzli Ömər Rəşad oğlu,
2016-cı il təvəllüdlü Əliyeva Ayla Roman qızı,
2009-cu il təvəllüdlü Orucov Nicat Vüqar oğlu,
2013-cü il təvəllüdlü Əsədli Duyğu Nəriman qızı,
2013-cü il təvəllüdlü Həsənli Yusif Niyazi oğlu,
2008-ci il təvəllüdlü Məmmədova Aylin Ramin qızı xəsarət alıb.
21 mart, 23:52
Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalı yandırılarkən baş verən güclü partlayışda doqquzu uşaq olmaqla, 11 nəfər tüstüdən zəhərlənib.
Bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sumqayıt Tibb Mərkəzi birgə məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
Daha əvvəl Fövqəladə Hallar Nazirliyi 10 nəfərin xəsarət alması ilə bağlı məlumat yaymışdı.
