Sumqayıtdakı PARTLAYIŞLA bağlı RƏSMİ AÇIQLAMA

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verib.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.
FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Sumqayıt şəhərində tonqal zamanı güclü partlayış baş verib.
Sfera.az xəbər verir ki, tonqala atılan benzin qəfil alışaraq partlaması nəticəsində 2 böyük və 10-dan çox uşaq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisə şahidlərinin sözlərinə görə, alov bir anda güclənərək ətrafa yayılıb və yaxınlıqda olanlara zərər vurub./nocomment
****
