Qətlə yetirilən müəllim haqda yeni məlumat:iki uşaq anası idi...

Qətlə yetirilən müəllim haqda yeni məlumat:iki uşaq anası idi...
Kateqoriya məlum deyil
T

Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin qətlə yetirilən müəllimi Pərvanə Abbasova iki uşaq anası idi.

 

Sfera.az xəbər verir ki, bu barədə modern.az-a həmin məktəbin yaxınlığında yaşayan valideynlər məlumat veriblər.
 

Valideynlərin sözlərinə görə, 1990-cı il təvəllüdlü Pərvanə Abbasova 118 saylı məktəbdə informatika fənnindən dərs deyirmiş.
 

36 yaşlı P.Abbasova Bakı kompüter kollecini bitirib və 2021-ci ildə müəllim kimi fəaliyyətə başlayıb.
 

Onu ərinin bıçaqlayaraq öldürdüyü bildirilir.
 

Qeyd edək ki, Suraxanı rayon prokurorluğunun yaydığı məlumatda qeyd edilib ki, ilkin araşdırmalarla Pərvanə Abbasovanın 1983-cü il təvəllüdlü Vasif Abbasov tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

PAYLAŞ