Tovuzda partlayış - xəsarət alanlar var

Tovuzda partlayış - xəsarət alanlar var
Kateqoriya məlum deyil
T

Tovuzda partlayış olub.

 

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Z.Cəfərova məxsus evdə anidən partlayış olub. Nəticədə 3 nəfər ağır xəsarət alıb.

 

Yaralılar Bakı şəhərinə aparılıb. Xəsarət alanlar 1999-cu il təvəllüdlü C.Cəfərov, 2005-ci il təvəllüdlü T.Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərovdur.

 

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib./unikal 

 

Fakt araşdırılır.

PAYLAŞ