4-cü mərtəbədən yıxılan qadın öldü

Kateqoriya məlum deyil
T
Bakıda 49 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
Sfera.az xəbər verir ki, hadisə dünən saat 15 radələrində Nizami rayonunda baş verib.
1977-ci il təvəllüdlü Gülər Çingiz qızı Mustafayeva yaşadığı T.Abbasov küçəsi ev 13 mənzil 32-nin (5 mərtəbəli binanın 4-cü mərtəbəsi) pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilən G.Mustafayeva orada vəfat edib.
Araşdırmalar aparılır.
