Bakıda 21 yaşlı qız itkin düşdü

Kateqoriya məlum deyil
T
Xəzər rayon sakini 21 yaşlı Gülçin Novruzlu yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Sfera.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
G.Novruzlu evdən çıxan zaman əynində qara rəngli şalvar və boz rəngli gödəkçə olub. Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, (012) 590-22-39, (012) 453-02-02, (012) 590-72-03 şəhər nömrələri və (050) 821-00-11, (055) 611-83-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
