Logo

Goranboyda ağır QƏZA - 5 nəfər xəsarət aldı

Goranboyda ağır QƏZA - 5 nəfər xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21011"ilə "Nissan" markalı avtomobillər toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətlərinin kafi olduğu bildirilib.

Xəsarət alanlar 2003-cü il təvəllüdlü R.Şükürov, 2008-ci il təvəllüdlü İ.Furidinli, 1955-ci il təvəllüdlü M.Kərimov, 2002-ci il təvəllüdlü N.Məmmədov və 1990-cı il M.Baxışəliyevdir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR