Bakıda 2 nəfər saxlanıldı

Bakıda 2 nəfər saxlanıldı
Kateqoriya məlum deyil
T

Bakının Sabunçu rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalarla məlum olub ki, onlar hissə-hissə evdən ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını talayıblar.

 

Araşdırmalar davam etdirilir.

PAYLAŞ