Bakının mərkəzində yanğın başladı - VİDEO

Kateqoriya məlum deyil
T
Bakının mərkəzində yerləşən Səbail rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.
Sfera.az xəbər verir ki, hadisə İslam Səfərli küçəsində baş verib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. İlkin məlumata görə, alov yaşayış binasında başlayıb və qısa müddətdə genişlənmə ehtimalı yarandığından ətraf əraziyə təhlükəsizlik tədbirləri görülüb.
Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub, sakinlərin binadan təxliyəsinə başlanılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Yanğının səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumatın veriləcəyi gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az
