300 min dollarlıq avtomobil qəzaya uğradı

“Formula 1” pilotu Andrea Kimi Antonelli məhdud sayda istehsal olunmuş “Mercedes-AMG GT”superavtomobilində qəzaya uğrayıb. Polis onun sürücülük vəsiqəsini müsadirə edib.
Sfera.az bildirir ki, qəza 7-8 fevral gecəsi San Marinoda Andrea Kimi Antonellinin evinin yaxınlığında baş verib.
Antonelli məhdud sayda istehsal olunmuş “Mercedes-AMG GT 63 S Pro”nu idarə edib. Bu avtomobilin qiyməti təxminən 300.000 dollardır.
“Mercedes” idarəetməni itirərək dirəyə, sonra hasara və binanın yan tərəfinə çırpılıb. 19 yaşlı sürücü xəsarət almayıb, lakin avtomobilinin ön hissəsinə ciddi ziyan dəyib.
Daha sonra San Marino polisinin Andrea Kimi Antonellinin sürücülük vəsiqəsini müsadirə etdiyi bildirilib. İlkin məlumatlara görə, o, sürət həddini xeyli aşaraq 70 km/saat zonada 180 km/saat sürətə çatıb. Lakin bu, sürücünün Bəhreyndə yeni Mercedes avtomobilinin mövsümöncəsi sınaqlarında iştirak etməsinə mane olmayıb.
Qeyd edək ki, 19 yaşlı sürücü məhdud sayda istehsal olunmuş avtomobili komandadan hədiyyə olaraq alıb.
Məhdud sayda buraxılan Mercedes-AMG GT 63 S Pro Motorsport Collector's Edition superkarı komanda rəhbərliyi tərəfindən Andrea Kimi Antonelliyə hədiyyə edilib. Onu da qeyd edək ki, sürücü avtomobili idarə etmək üçün San Marinoya köçməli olub, çünki o, sürücülük vəsiqəsini bu yaxınlarda alıb və onun vətəni İtaliyada yol hərəkəti qaydaları təcrübəsiz sürücülərin yüksək performanslı avtomobillər sürməsini qadağan edir.
“Mercedes-AMG GT 63 S Pro Motorsport Collector's Edition” kupesi 200 ədəd məhdud sayda istehsal olunub. Superkar 612 at gücündə iki turbo V8 mühərriki ilə təchiz olunub və 0-dan 60 mil/saat sürətini 3,2 saniyəyə yığa və 197 mil/saat (317 km/saat) maksimal sürətə çata bilir.
Aynil
Sfera.az


