Logo

Diaspor rəhbərinin “Tarqovu”da hoteldə meyiti tapıldı – FOTO

Diaspor rəhbərinin "Tarqovu"da hoteldə meyiti tapıldı – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.

Sfera.az xəbər verir ki, ölən şəxs Rusiyanın Krasnodar Krasnoyarsk diyarında fəaliyyət göstərən Soçi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədriCəmil Əliyevdir.

Diaspor sədri Dünya Azərbaycanlılarının II, III, IV, V Qurultaylarında iştirak edib. Krasnodar rəhbərliyi tərəfindən cəmiyyətin həyatında fəal iştirakına görə dövlət mükafatları ilə təltif olunub. Həmçinin 2022-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalla təltif edilib.

Ailə üzvləri saytımıza bildirilib ki, mərhum Krasnodar Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyət göstərib:

“Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının “Tarqovu” ərazisindəki hotellərdən birində ürək çatışmazlığından vəfat edib”.

Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti “Tarqovu” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. /Qafqazinfo/

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR