Logo

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edildi

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “Azsamand” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Hüseyn Bağırov saxlanılıb.

Sfera.az-ın xəbərinə görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə H.Bağırov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR