Logo

Ana həbsdəki övladına narkotik keçirmək istədi –FOTO

Ana həbsdəki övladına narkotik keçirmək istədi – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Sfera.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həbs edilmiş şəxsə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan idman şalvarının balağındakı rezinə xüsusi üsulla hopdurularaq gizlədilmiş 0,118 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Ana həbsdəki övladına narkotik keçirmək istədi – FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR