Gəncədə minik avtomobilləri toqquşdu

Gəncədə minik avtomobilləri toqquşdu
Kateqoriya məlum deyil
T

Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Sfera.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "DAEWWOO NEXIA" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub.

 

Qəza zamanı minik maşınlarının birində olan sərnişin 2007-ci il təvəllüdlü Z.Cabbarlı xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

 

Fakt araşdırılır.

PAYLAŞ