Səhhətində problem olan taksi sürücüsü qəza törətdi - Ölən var - VİDEO

Səhhətində problem olan taksi sürücüsü qəza törətdi - Ölən var - VİDEO
Kateqoriya məlum deyil
T

Qax rayon sakini Seyfəddin Əhmədov taksi xidməti göstərdiyi “VAZ-21015” markalı avomobillə Zaqatala rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və maneəyə çırpılıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

S.Əhmədov və müştəri qismində daşıdığı sərnişini xəstəxanaya çatdırılsa da, sürücünün həyatını xilas etmək mümkün olmayıb.

 

Yaxınlarının və şahidlərin bildirdiyinə əsasən hadisəyə səbəb xəstəlikdən əziyyət çəkən S.Əhmədovun səhhətinin qəflətən pisləşməsi ehtimal edilir.

 

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar bu qəbildən olan hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyə çağırır: 

 

“Belə hallarla mübarizədə yaxın ətrafın rolu olduqca əhəmiyyətlidir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar”.

 

PAYLAŞ