Abşeronda zəncirvari qəza: yaralılar var

08:14 / 13.01.2026
4520
Abşeron rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba magistral yolunda qeydə alınıb.
Belə ki, "Opel", KİA və BYD markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


































