Logo

Minik avtomobili "Kamaz"a çırpıldı: ölən var

Minik avtomobili "Kamaz"a çırpıldı: ölən var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yolun kənarında dayanan “Kamaz” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sərnişini 1969-cu il təvəllüdlü S. Məmmədova hadisə yerində ölüb.

Avtomobilin sürücü, Gədəbəy rayon sakini, 1991-ci il təvəllüdlü F. Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR