Logo

Bu ərazidə 800 abonentin qazı kəsiləcək

Bu ərazidə 800 abonentin qazı kəsiləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.

Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstismar Sahəsi (QİS) məlumat yayıb.

Bildirilib ki, şəhərin "Qurd dərəsi" adlanan ərazisinin bir hissəsində Şəhər Qaz Tənzimləyici Məntəqəsinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.

Aparılacaq işlərlə əlaqədar bu gün saat 11:30-dan etibarən ərazidəki 800 abonentin qazı kəsiləcək.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR