Bakıda 2 maşın toqquşdu: Ölən var

Bakıda 2 maşın toqquşdu: Ölən var
Kateqoriya məlum deyil
T

Bakı şəhərinin Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, qəza yerinə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Müəyyən olunub ki, "Hunday" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

 

Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

PAYLAŞ