Bakıda itkin düşən məktəblinin meyiti tapıldı - FOTO

Bakıda itkin düşən məktəblinin meyiti tapıldı - FOTO

 Ötən gün Qaradağ Rayonu, Qızıldaş qəsəbəsində 2004-cü il təvəllüdlü Toğrul Zaur oğlu Sultanovun itkin düşməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilsə də heç bir nəticə əldə olunmayıb.

Sfera.az salamnews-a istinadən xəbər verir ki, 13 yaşlı Toğrul Sultanovun meyiti qohumları tərəfindən bu gün səhər saatlarında yaşadığı Qızıldaş qəsəbəsindəki kiçik bir su hövzəsində tapılıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.

Hazırda 7-ci sinif şagirdinin qətlə yetirliməsi və ya intihar etməsi araşdırılır. Mərhumun qohumlarının sözlərinə görə, Toğrul qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, əslən Yardımlı rayonundan olan bu ailə Qızıldaş qəsəbəsində yaşayır, Toğrul isə Qaradağ rayonunda yerləşən 180 saylı orta məktəbin 7-ci sinif şagirdi idi. Mərhumun atası daş karxanasında fəhlə işləyir, anası isə evdar qadındır.

 

----------

09:24

İtkin düşən məktəblinin meyiti tapılıb.

Sfera.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, martın 15-də rayonun Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Toğrul Zaur oğlu Sultanovun itkin düşməsi barədə polisə məlumat daxil olub.
 
Bu gün səhər saatlarında isə onun meyiti Qızıldaş qəsəbəsinin ərazisindən keçən su kanalında aşkar edilib.
 
Hadisənin qətl, yaxud intihar olduğu araşdırılır.
 
Polisdən T. Sultanovun orta məktəb şagirdi olduğu bildirilir.

 


 


OXŞAR XƏBƏRLƏR

Bu rayonlara yağış yağdı

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.   ...

Paşinyan:"Sünnət olunmadığımı sübut etməyə hazıram"

2025-ci il 24 iyun tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqət çəkib. O, bütün ermənilərin Katolikosu II ...

Ərdoğan: "Tərəfləri atəşkəsə əməl etməyə dəvət edirik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasında atəşkəslə bağlı razılaşmanın əldə olunmasını müsbət qarşılayıb.   Sfera.az bu barədə...

Merzdən İsrail-İran atəşkəsinə reaksiya

Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə qətiyyətli hərbi zərbələrindən sonra uğur qazanarsa, bu, çox yaxşı hal olacaq.   Sfera.az xəbər ...

Türkiyədə hamı bu toydan danışır: məclisinə 5 min qonaq gəldi - VİDEO

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin ailəsində toy olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçunun q...

Növbəti köç karvanı Həsənriz və Sarıcalıya çatdı

Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb, açarlar təqdim olunub. &nb...