Logo

Tovuzda ağır yol qəzası - Xəsarət alan var

Tovuzda ağır yol qəzası - Xəsarət alan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tovuz rayonunda idarəetmədən çıxan avtomobil piyada səkisinə çırpılıb.

Sfera.az xəbər verir ki, hadisə rayonun H. Aslanov küçəsində qeydə alınıb.

"Opel" markalı avtomobil "VAZ 2104" markalı maşınla toqquşub. Zərbənin təsirindən "Opel" piyada səkisinə çırpılıb.

Qəza zamanı "VAZ 2104" markalı avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Rauf Sadıqov xəsarət alıb. O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb./ teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR