Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO

Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO
Kateqoriya məlum deyil
T

Şəkidə 26 yaşlı gənc itkin düşüb.

Sfera.az xəbər verir ki, Şəkinin Baş Göynük kənd sakini, 1999-cu il təvəllüdlü Nöbərov Valeh Mustafa oğlu dekabrın 23-də günorta saatlarından etibarən itkin düşüb.
 

Bu barədə APA-ya V. Nöbərovun yaxınları məlumat verib.
 

Bildirilib ki, Valeh Nöbərovu görən şəxslərdən 070 531 55 47 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub.
 

Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.




 

PAYLAŞ