Logo

Dəhşətli yanğında ölənlərin sayı 161-ə çatdı

Dəhşətli yanğında ölənlərin sayı 161-ə çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 26-da Honq-Konqda baş verən güclü yanğın nəticəsində ölənlərin təsdiqlənmiş sayı aşkar edilən qalıqlar üzərində aparılan DNT testlərindən sonra 161-ə yüksəlib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə polis idarəsindən bildirilib.

"Məhkəmə-tibbi ekspertiza yanmış qalıqlar arasında daha bir şəxsin DNT-sini aşkar edib. Bu o deməkdir ki, ölənlərin sayı 161-ə çatıb. DNT testləri davam edir. Biz ölənlərin sayının artacağını istisna etmirik", - deyə polis idarəsindən açıqlama verilib.

Qeyd edək ki, noyabrın 26-da Honq-Konqun Tay Po rayonunda yerləşən 8 hündürmərtəbəli yaşayış binasından ibarət Wang Fuk Court kompleksində yanğın baş verib. Yanğının söndürülməsi noyabrın 28-nə qədər davam edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR