Jurnalist taksi sürücüsünün hücumuna məruz qaldı - FOTO

Jurnalist taksi sürücüsünün hücumuna məruz qaldı - FOTO
Kateqoriya məlum deyil
T

Bakıda jurnalist Nigar Orucova taksi sürücüsünün hücumuna məruz qalıb.


O, bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

 

Sfera.az məsələnin detallarını öyrənmək üçün N.Orucova ilə əlaqə saxlayıb.

 

Jurnalist bildirib ki, hadisə bu gün səhər 9 radələrində baş verib:

 

“Nizami rayonu, Bəhruz Nuriyev küçəsində “Uber” taksi şirkətindən sifariş verdim. Proqramda sürücünün eşitmə məhdudiyyətli olduğu qeyd olunmuşdu. Bir dəfə də belə məhdudiyyətli sürücü ilə gələndə heç bir problem yaşamadığım üçün bu dəfə də imtina etmədim. Avtomobilə əyləşib yolu izah etmək üçün telefonda yazıb sürücüyə göstərdim. İşarə etdi ki, oxuya bilmir. Məcbur qalıb maşından düşdüm. Məhlədən çıxmadığımız üçün ödəniş etmədim. Sürücü isə ödəniş etməyimi tələb etdi. Adam dalımca düşüb mənə hücum etmək istədi. Yaxşı ki, həyətdə qonşular var. Qaçdım yanlarına. Bunu görən sürücü telefonunu çıxarıb şəklimi çəkdi. Sonra maşınına əyləşib sürdü. Mən də şikayət edə bilməyim üçün telefonla arxadan avtomobilin şəklini çəkdim. Bunu görən sürücü yüksək sürətlə maşını arxaya-arxaya üstümə sürdü. Zamanında yoldan çıxa bildim. Bu cür sürücülər potensial təhlükədirlər. İstənilən an vətəndaşa xəsarət yetirə bilərlər. Yaxşı ki, mənə kömək edə qonşular oldu”.

 

N.Orucova qeyd edib ki, “Uber” şirkəti ilə də əlaqə saxlayıb. Şirkətdən üzrxahlıq edilib, bu barədə tədbir görüləcəyi deyilib.


Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. 

 

Firuzə Əliyeva

Sfera.az

 

PAYLAŞ