Astarada itkin düşən balıqçılarla bağlı YENİ XƏBƏR

Astarada itkin düşən balıqçılarla bağlı YENİ XƏBƏR
Kateqoriya məlum deyil
T

Astarada dənizdə itkin düşən 30 yaşlı Turan Həsənov və 26 yaşlı Ağadədə Həsənovun axtarışları yekunlaşıb. 

 

Sfera.az bildirir ki, balıqçılar İran sahillərində yük gəmisi tərəfindən sağ tapılıblar.

Xatırladaq ki, dekabrın 9-da Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında 3 nəfər heyət üzvü olan balıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

 

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində bu gün saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları, Neftçala rayon sakinləri – 1990-ci il təvəllüdlü Səmədov Cəlal Məhərrəm oğlu, 1997-ci il təvəllüdlü Babayev Sənan Elçin oğlu və 1980-ci il təvəllüdlü Fətullayev Kənan Rafiq oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.

 

Qeyd edək ki, dekabrın 9-da Astarada balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar - Turan Həsənov və Ağadədə Həsənovun tapılması üçün helikopter cəlb edilmişdi. 

PAYLAŞ