Logo

Bakının mərkəzi susuz qalacaq

Bakının mərkəzi susuz qalacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Paytaxtın mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Sfera.az xəbər verir ki, "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu Nizami küçəsindən keçən 250 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 10 mart 2017-ci il tarixdə gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, H.Z.Tağıyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR