Tovuzda üç yaşlı oğlanın FACİƏLİ ÖLÜMÜ: "Su quyusundan çıxaranda artıq rəhmətə getmişdi"

Tovuzda üç yaşlı oğlanın FACİƏLİ ÖLÜMÜ: "Su quyusundan çıxaranda artıq rəhmətə getmişdi"
Kateqoriya məlum deyil
T

Tovuzun Düz Qırıqlı kəndində bədbəxt hadisə baş verib. Üçyaşlı oğlan su quyusuna düşərək ölüb.

"Bizə qonaq gəlmişdilər. Uşaq su istədi. Suyu verib yola çıxdım. Mənim oğlum gəlib, o isə gəlməyib. Yoldaşım su quyusundan çıxaranda artıq rəhmətə getmişdi", - mərhumun qohumu bildirib.

 

Digər qohum isə hadisəni belə təsvir edib: "Uşaqlarla oynayırdılar. Oynayarkən yıxılıb quyuya düşüb. Suyun dərinliyi çox deyildi, yəqin ki, başı yerə dəyib zədə alıb".

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Daha ətraflı Baku TV-nin süjetində:

 

 

PAYLAŞ