Logo

Dələduzluq edən şəxs saxlanıldı - FOTO

Dələduzluq edən şəxs saxlanıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Naxçıvanda işə düzəltmək adı altında dələduzluq edən şəxs məsuliyyətə cəlb olunub.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb. O, ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

Faktla bağlı Naxçıvan ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

E.İsmayılovun analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Dələduzluq edən şəxs saxlanıldı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR