4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

Kateqoriya məlum deyil
T
Xəbər verdiyimiz kimi, ötən gün Binəqədi rayonunda yerləşən “Lake Hotel"in 4 ofisiantı elektrik cərəyanı vurması nəticəsində həlak olub.
Sfera.az xəbər verir ki, bu gün isə “Lake Hotel”in icarədarı Ağasif Verdiyev həbs edilib.
O, texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmaqda ittiham edilir.
Ölkə gündəmini zəbt edən hadisəyə baxmayaraq, hotel əvvəlki qaydada işləyir, müştərilərə xidmət göstərir.
Teleqraf-ın əməkdaşı az öncə oteldə olub. "Lake Hotel"in fəaliyyətini davam etdirdiyini əks etdirən fotonu lentə alıb.






