Bakıda daha bir çoxmərtəbəli binada YANĞIN - Sakinlər təxliyə edildi

Bakıda daha bir çoxmərtəbəli binada YANĞIN - Sakinlər təxliyə edildi
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

 

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində ümumi sahəsi 61 kvadratmetr olan ikiotaqlı mənzilin 1 otağının ev əşyaları 10 kvadratmetr sahədə yanıb.

 

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

 

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla 5 nəfər bina sakini təxliyə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR