Ağcabədidə 3 otaqlı evdə yanğın - FOTO

Kateqoriya məlum deyil
T
Ağcabədidə 3 otaqlı evdə yanğın olub.
Sfera.az Teleqrafa istinadla xəbər verir ki, yanğın hadisəsi rayonun Ü.Hacıbəyli prospektində baş verib. Rayon sakini Famil Hüseynova məxsus 3 otaqlı evdə baş verən yanğın zamanı evin iki otağı və dam hissəsinin yanar konstruksiyaları yanıb.
Hadisə yerinə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğınsöndürən əməkdaşları yanğını söndürərək ətrafdakı tikililərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma başlanıb.








