FHN Şəmkirdəkı ağır qəza ilə bağlı məlumat yaydı - VİDEO

FHN Şəmkirdəkı ağır qəza ilə bağlı məlumat yaydı - VİDEO
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Sfera.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-2107” və “VAZ-21010" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və "VAZ-2107" markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

 

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1971-ci il təvəllüdlü Sadiqov Füzuli Mövsüm oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR